Ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra Müstəqil Azərbaycan Dünya birliyinə sürətlə inteqrasiya etdi və həmin zaman ölkənin iqtisadi potensialından səmərəli istifadə olunmasına şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə olundu. Bu müqavilələr icərisində 1994-cü il sentyabrın 20-də bağlanmış "Əsrin müqaviləsi" nəinki həmin dövrün, bütövlükdə Azərbaycanın taleyini həll etmiş müqavilə oldu. İllərlə neft sənayesinə görə dünyada tanınmağına baxmayaraq, biz nə neft sənayesində istənilən iqtisadiyyatı qura bilmişdik, nə də dünya dövlətlərinin bu neftin bu qədər dünya üçün əhəmiyyət kəsb edən məsələlərə diqqəti cəlb edə bilməmişdik. Ulu Öndərin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft kontraktları imzalandı. Bu hadisə Azərbaycanın uğurlarının başlanğıcı oldu.Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda dinamik inkişaf edən və modernləşən, beynəlxalq miqyasda nüfuzu günbəgün artan bir ölkəyə çevrilibdir. Bugünkü Azərbaycan Ulu Öndərin şah əsəridir. Ən böyük memarı olduğu əsəridir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş iqtisadi əsaslar Azərbaycanın 2003-cü ildən sonrakı dönəmdə Cənab İlham Əliyevin rəhbərliyi ilə daha sürətli inkisafını təmin edə bilmişdir. Prezident İlham Əliyev Ulu Öndərin başladığı siyasəti uğurla davam etdirərək istər beynəlxalq aləmdə, istərsə də regionda Azərbaycanın nüfuzunu günü gündən artırmaqdadır. Bugünkü müasir Azərbaycana baxanda görürük ki, Prezidentin apardığı düzgün siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm də siyasi nöqteyi nəzərdən bu gün inkişaf etmiş ölkələr sırasındadır və fəxr ediləcək haldır ki, ölkəmizin iqtisadi inkisafını, ölkəmizin dünya dövlətləri arasında daha möhkəm yer tutmasını təkcə biz qeyd etmirik. Beynəlxalq təşkilatların bütün hesabatlarında Azərbaycan daha çox inkişaf edən, daha çox çiçəklənən və regionda daha çox güc sahibi olan dövlətlər sırasındadır. Bu gün Azərbaycan Böyük kəmərlər keçən bir ölkənin mərkəzinə cevrilməsinin şahidiyik. Biz Azərbaycanı BMT-də, Avropa Şurasında, ATƏT-də cçx böyük nüfuz sahibi olan dövlətlər sırasında görürük. Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycan daha güclü bir Azərbaycana çevrilməkdədir. Azərbaycan ehtiyatlarla zəngindir. Ehtiyatlarımız 55 milyard dolları keçmişdir. Azərbaycan iqtisadiyyatı Davos iqtisadi forumunun göstəricilərinə görə, iqtisadi inkişafına görə 25-ci yerdədir. İqtisadiyyatımızın yüksək inkişafı Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqliyinin nəticəsidir.Reyhan Əliyeva, Xocalı rayonundan məcburi köçkün